Azərbaycan idmançısının adı Rekordlar Kitabında - FOTOLAR

Hazırda oxunan: Azərbaycan idmançısının adı Rekordlar Kitabında - FOTOLAR

93033
İdmanın güləş növü üzrə üç dəfə Avropa və üç dəfə Dünya kubokunun sahibi salyanlı pəhləvan-güləşçi Vüsal Cavadlı daha bir ilkə imza atıb. 

Moderator.az  Azərtac-a istinadən xəbər verir ki, o, Qafqaz Dünya Rekordlar Federasiyanın prezidenti Etibar Budaqlının iştirakı ilə Dünya rekordlar kitabına düşmək üçün Salyan Olimpiya İdman Kompleksində xüsusi nömrə göstərib. Ayaqları bağlı vəziyyətdə başıaşağı sallanan Vüsal Cavadlı əllərində hər birinin çəkisi 24 kiloqram, dişində isə 32 kiloqram olan çəki daşlarını 16 saniyə saxlayıb. Bununla da Vüsal Cavadlının adı Dünya rekordlar kitabına düşüb. O, bu ada layiq görülən ilk azərbaycanlıdır.

O, gələcəkdə adını Ginnesin rekordlar kitabına da yazdırmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin