İlham Əliyevin köməkçisi: Müharibə qaçılmazdır

Hazırda oxunan: İlham Əliyevin köməkçisi: Müharibə qaçılmazdır

93008
“Bu milli haqqımızı bir kimsəyə güzəştə getmək fikrində də deyilik”x9d.

Danışıqlar əsasən Minsk qrupu formatı çərçivəsində davam edir. Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici işlər nazirliklərinin görüşü keçirilir. Eləcə də, digər nümayəndələrin apardıqları danışıqlar da. Bu formata, biz daxil, hələ də ümid bəslənilir.

Amma təssüflər olsun ki, Minsk qrupunun, necə deyərlər, dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeydliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir.

Moderator.az xəbər verir ki, bu sözləri ANS-ə müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, indiki halda bu danışıqlar belə davam eləsə, danışıqlar imitatsiyası adı altında Ermənistanın bu qeyri-konstruktiv mövqeyi davam eləsə, BMT Təhlükəsizlik Şurasının üzvləri və bütövlükdə BMT Ermənistana təziq göstərməsə, müharibə qaçılmazdır.

“Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaq. Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Bu, bizim beynəlxalq hüquq normalarına sökənən milli haqqımızdır. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə getməmişik və getmək fikrində də deyilik”x9d, - deyə, o, bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin