''Azəriqaz'' bütün sayğacları araşdıracaq

Hazırda oxunan: ''Azəriqaz'' bütün sayğacları araşdıracaq

9300

''Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb''.

''Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq''.

Bizim.Media-nın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib.

R. Əliyev bildirib ki, əvvəldən ödənişli – smart sayğaclar ləğv olunmayıb:

“Daha müasir smart sayğacların alışını həyata keçiririk. Hazırda Almaniya istehsalı olan 200 ədəd sayğac Bakı Şəhərində quraşdırılıb. İlkin mərhələdə 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyə bilərik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin