İllər öncə televiziyada çalışan, son günlər səfil həyat tərzi sürən 51 yaşlı Emin Topçubaşov yardımla bağlı "REAL TV"yə müraciət edib.
Bizim.Media xəbər verir ki, bir vaxtlar ANS kanalında çalışan E.Topçubaşov sığınacağa yerləşdirilməsi üçün köməklik göstərilməsini istəyib.
O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun nəslindədir. Uzun illər müxtəlif idarələrdə işləsə də, son dövrlər iş tapmaqda çətinlik çəkib.
Bir müddət kirayələrdə qalan 51 yaşlı Emin son günlərini parkda gecələməklə keçirib.
Məsələ ilə bağlı müraciətdən sonra Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Emin Topçubaşovu sığınacaq və sosial reabilitasiya mərkəzinə yerləşdirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:08 / 09.09.2022
ANS TV-nin küçədə səfil həyat sürən keçmiş əməkdaşı - VİDEO
Hazırda oxunan: ANS TV-nin küçədə səfil həyat sürən keçmiş əməkdaşı - VİDEO
Hazırda oxunan: ANS TV-nin küçədə səfil həyat sürən keçmiş əməkdaşı - VİDEO
92983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.