BU FƏNLƏR tədrisdən çıxarılmalıdır – Təhsil ekspertindən TƏKLİF

Hazırda oxunan: BU FƏNLƏR tədrisdən çıxarılmalıdır – Təhsil ekspertindən TƏKLİF

92982

“Hazırda orta məktəblərdə keçirilən elə fənlər var ki, onlar dövrün tələblərinə cavab vermir və ehtiyac yoxdur”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta məktəblərdə tədris edilən hansı fənlərin təkmilləşməsi və yenilənməsinə ehtiyac olduğu barədə suala cavabında deyib:

“Bu fənlər yeni formatda keçirilərsə, daha yaxşı olar. Məsələn, kimya, Azərbaycan dili, ədəbiyyat, coğrafiya, biologiya fənləri yenilənməlidir. Bu fənlərdə sırf akademik biliklər deyil, daha çox fundamental bilikləri özündə əks etdirməlidir. Riyaziyyatı ayrıca olaraq keçməsək, daha yaxşıdır.
Fənlərdə keçirilən mövzular elə informasiyalar verilməlidir ki, onlar həyatda lazım olsun. Tarix, Azərbaycan tarixi, ümumi tarix isə birləşdirilməli və yenilənməlidir. Onların ayrı-ayrılıqda keçirilməsinə lüzum görmürəm. Bu gün isə bir çox fənlər təkprofillidir və keyfiyyətli deyil”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Hər iştirakçıdan 50 manat pul alınır amma...” - Təhsil eksperti DİM-i tənqid etdi


Ekspert qeyd edir ki, fizika, kimya və biologiya fənlərini birbaşa həyatın özündən öyrətməliyik:

“Daha hansısa termin və baxışları yox. Şagird orada öyrəndiyini cəmiyyətə tətbiq etməlidir. 1970-ci illərdə olduğu kimi indi də fizika, kimya və biologiyadan eyni mövzuları keçirlər. Ona görə də fənlər nəzəriyyətən tətbiqə doğru dəyişməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin