Boks Federasiyasından Naxçıvan məsələsi ilə bağlı- Açıqlama

Hazırda oxunan: Boks Federasiyasından Naxçıvan məsələsi ilə bağlı- Açıqlama

92963
"Federasiyanın, eləcə də Beynəlxalq Boks Federasiyasının, rəsmi saytına baxmaqla bunun şahidi olmaq mümkündür”x9d

“Azərbaycan Boks Federasiyası bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yer alıb. Federasiyanın, eləcə də Beynəlxalq Boks Federasiyasının, rəsmi saytına baxmaqla bunun şahidi olmaq mümkündür”x9d.
 
Moderator.az -ın məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyasının (ABF) açıqlamasında bildirilir.
 
Federasiya qeyd edib ki, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanın məhz respublikamızın tərkib hissəsi kimi göstərildiyi loqo əks olunub: “haqqın.az saytında yayılmış və fotosu verilmiş geyimin isə ABF-yə heç bir aidiyyatı yoxdur. Bu, çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla  bağlılığı olmayan idman geyimidir”x9d.
 
Federasiya xatırladıb ki, ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində məhz vahid loqo əksini tapıb.
 
Qeyd edək ki, bu gün haqqin.az saytı Azərbaycan boksçularının geyimlərində Naxçıvan Muxtar Respublikasının göstərilmədiyi loqonun olduğunu iddia edən xəbər yayıb.
 
Xatırladaq ki, google beynəlxalq axtarış sistemində də federasiyanın təhrifə uğramış heç bir fotosuna rast gəlinmir.  



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin