Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonentlərə müraciət edib.
Bizim.Media xəbər verir ki, qurumun Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib ki, ötən ay Qəza Çağrı Mərkəzinə 47 minə yaxın abonent müraciət edib.
"Bu müraciətlərin 25 %-i abonentlərlə bağlanacaq yeni müqavilələrə aid olub. İnsanlarda “niyə yenidən müqavilə bağlamalıyıq” deyə çaşqınlıq yaranıb. Biz yenidən izah etdik ki, bazalar yenilənir, elektron pinkodlar müəyyən edilir.
Abonentlərin əksəriyyətinin bizdə telefon nömrəsi yoxdur. Onlar ev və mobil telefon nömrələrini dəyişəndə belə bizə məlumat verməlidirlər.
Bunlar 80 nömrəli müqavilədə öz əksini tapıb. Əgər müqavilə yoxdursa, abonentin qaz təchizatı dayandırılacaq. Hər iki tərəf qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. “Azəriqaz” bu müqavilənin bağlanması üçün abonentlərə bir ay müddətində müraciət etmələrini xahiş edir", - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 09.09.2022
“Azəriqaz”dan abonentlərə MÜRACİƏT
Hazırda oxunan: “Azəriqaz”dan abonentlərə MÜRACİƏT
Hazırda oxunan: “Azəriqaz”dan abonentlərə MÜRACİƏT
92935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.