Daxili İşlər Nazirliyi İsmayıllıda polis əməkdaşlarının avtoxuliqan tərəfindən bıçaqla hədələnməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Bizim.Media-ya bildirib ki, dünən bir sıra xəbər saytlarında İsmayıllı rayonunda gecə saatlarında avtoxuliqanlıq hərəkətləri edən sürücünün yol polisi əməkdaşları tərəfindən saxlanılarkən onun polis əməkdaşlarını guya bıçaqla hədələyərək hadisə yerindən yayınması barədə əsl reallığı əks etdirməyən xəbər paylaşılıb.
“Aydınlıq üçün bildirim ki, avqustun 30-da İsmayıllı RPŞ-nin yol-patrul xidmətinin əməkdaşları gecə saat 2 radələrində rayon ərazisində xidmətdə olarkən dövlət qeydiyyat nişanları olmayan “VAZ-21011” markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər.
Onlar maşının sürücüsünə “saxla” əmri versələr də sürücü tabesizlik göstərərək hadisə yerindən yayınıb”, - o deyib.
Zeyni Hüseynov qeyd edib ki, görülmüş tədbirlərlə həmin şəxsin əvvəllər iki dəfə məhkum olunmuş, rayon sakini Elşən Qurbanov olması müəyyən edilib və o, saxlanılaraq polis şöbəsinə gətirilib:
“Elşən Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 25 sutka inzibati qaydada həbs edilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 09.09.2022
DİN-dən İsmayıllıda polislərin hədələnməsi məsələsinə MÜNASİBƏT
Hazırda oxunan: DİN-dən İsmayıllıda polislərin hədələnməsi məsələsinə MÜNASİBƏT
Hazırda oxunan: DİN-dən İsmayıllıda polislərin hədələnməsi məsələsinə MÜNASİBƏT
92903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.