Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid olan qəhrəmanlarımızın ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir.
ƏƏSMN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirlik tərəfindən şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (aylıq pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, dövlət icbari şəxsi sığortası üzrə 2 minə yaxın şəxsə sığorta ödənişi edilib.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 14 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.
2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb.
Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib.
Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən, 3 minədək ailə psixoloji dəstək və ödənişsiz dərman, 2600 şəxs reabilitasiya xidmətləri, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 ədəd yüksək texnologiyalı müasir protez, 1582 müharibə əlili 24300 reabilitasiya vasitəsi ilə təmin olunub.
13 mindən çox şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 53 mindən çox şəxsə xidmətlər göstərilib.
Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 117 min şəxsi əhatə edib, onlara 232 min sosial dəstək xidməti göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 09.09.2022
14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib
Hazırda oxunan: 14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib
Hazırda oxunan: 14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib
92878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.