“Dövlət iki halda təhsil krediti verə bilər” - Nazir detalları açıqladı

Hazırda oxunan: “Dövlət iki halda təhsil krediti verə bilər” - Nazir detalları açıqladı

9287

“Təhsil kreditlərini tələbəyə dövlət iki qrup üzrə verə bilər”.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Əksər tələbəmizin təhsil haqqı problemi var” - Təhsil naziri 


Onun sözlərinə görə, birinci qrupda təhsil kreditinin daha aşağı sosial vəziyyəti olan şəxslərə faizsiz, ikinci qrupda kreditlərin bacarığa görə verilməsi nəzərdə tutulur.

“Təhsil kreditləri ilə bağlı faydalı əməkdaşlıq barədə planlarımız var. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulub. Təhsil haqqı ilə bağlı problem olduqda bu təminata yönəlmək mümkündür. Tamamilə dövlət hesabına keçiriksə, rəqabətdən söhbət gedə bilməz. Bu, olduqca vacib məqamlardır. Ona görə də emosional qərarlar verməməliyik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin