Mətbuat Şurası Mahal İsmayıloğlunun vəfatı ilə bağlı nekroloq yaydı

Hazırda oxunan: Mətbuat Şurası Mahal İsmayıloğlunun vəfatı ilə bağlı nekroloq yaydı

92858
Mətbuat Şurası tanınmış jurnalist Mahal İsmayıloğlunun vəfatı ilə bağlı nekroloq yayıb.
 
Şuradan Moderator.az-a verilən məlumata görə, Mahal İsmayıl oğlu Sadıqov 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirib.
 
1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
 
1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı”x9d qəzetində çalışıb.
 
1984-1987-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm”x9d kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft Akademiyasının çoxtirajlı qəzetinin redaktoru olub.
 
1990-cı ildən Azərbaycanda ilk azad mətbuat orqanlardan biri olan “Aydınlıq”x9d qəzetində fəaliyyət göstərib. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”x9dnin baş redaktoru olub. Ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetlərində müxtəlif mövzularda publisistik məqalələrlə çıxış edib.
 
İstedadı və işgüzarlıq qabiliyyəti ilə tanınan Mahal İsmayıloğlunun əziz xatirəsi doğmalarının, əzizlərinin və həmkarlarının qəlbində daim yaşayacaq.
 
Xatırladaq ki, Azərbaycan jurnalistikasının tanınmış nümayəndələrindən olan Mahal İsmayıloğlu dünən 58 yaşında dünyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin