Anasını qətlə yetirməkdə ittiham olunan Samir Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə ittiham olunan şəxsin psixi problemləri olduğu qənaətinə gələrək, onun məcburi olaraq psixiatriya xəstəxanasına müalicəyə yerləşdirilməsi barəsində hökm qəbul edib.
Qeyd edək ki, hadisə 2021-ci ilin dekabr ayında baş verib.
Dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:23 / 09.09.2022
Bakıda anasını öldürən şəxs psixiatriya xəstəxanasına aparıldı
Hazırda oxunan: Bakıda anasını öldürən şəxs psixiatriya xəstəxanasına aparıldı
Hazırda oxunan: Bakıda anasını öldürən şəxs psixiatriya xəstəxanasına aparıldı
92847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.