“Azərbaycanda 182 min tələbə ali təhsil alır. Onlardan 167 mini bakalavar, 15 min tələbə magisrt təhsil alır. Dövlət hesabına təhsil alan tələbələrimizin sayı isə 16 500-dür”.
Bizim.Media xəbər verir ki, bunu bunu təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Əksər tələbəmizin təhsil haqqı problemi var” - Təhsil naziri
Nazir hazırda Azərbaycanda 56 faiz tələbəinin dövlət hesabına təhsil aldığını qeyd edib:
''Son illərdə dövlət sifarişi ilə bağlı yerlərdə də müsbət dinamika müşahidə edilir. 2015-2016-cı illə müqayisədə dövlət hesabına təhsil alan tələbələrin sayı 96 faiz olub. Həmin illərdə dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 11 797 nəfər idisə, 2020-2021-ci ildə bu rəqəm 22600 nəfər olub''.
''Hazırda I kursda oxuyanların 60 faizi dövlət hesabına təhsil alır və təhsil haqqını dövlət ödəyir. Yerdə qalan 40 faiz tələbənin təhsil haqqı ilə bağlı probleminin olması düşünürəm ki, mümkün deyil. Əksər tələbəmizin nəzəri cəhətdən təhsil haqqını ödəməklə bağlı problemimiz olmamalıdır''.
Nazir ali təhsil müəssisələrində pandemiya dövründə təhsil haqlarının ləğv edilməsi ilə bağlı ictimaiyyətdə gedən fikirlərə də münasibət bildirib.
O, bu qərar yalnız iki halda getməyin mümkünlüyün deyib:
Alçina Amilqızı, Bizim.Media