Ali məktəblər üçün akkreditasiya meyarları müəyyənləşəcək

Hazırda oxunan: Ali məktəblər üçün akkreditasiya meyarları müəyyənləşəcək

92779

Ali təhsil müəssisələri muxtar qurumlardır. Onlar tədrisin təşkilini özləri həyata keçirir. Universitetlərin özlərinin məsuliyyətidir ki, onların əmək bazarına çıxardığı məhsul tələb-təklif münasibətlərində öz sözünü desin. Burada söhbət məzunlardan gedir.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin hər gün hansısa universitetə gedib orada təhsilin keyfiyyətini yoxlaması mümkün deyil. Amma bunun üçün akkreditasiyalar həyata keçirilir:

“Ötən il bizim yeni akkreditasiya qaydalarımız yazılıb. Yaxın günlərdə akkreditasiya meyarlarımız olacaq. Bunlar çox yaxşı resurslardır. Biz nəticələri ölçə biləcəyik. Bununla da həm pozitiv, həm də neqativ sanksiyaların olması gözlənilən haldır”.

Nazir müşavir əlavə edib ki, universitetlər konservativ müəssisələrdir və orada dəyişiklik etmək çox çətin məsələdir.“Universitetlər əmək bazarının tələbləri ilə mütləq ayaqlaşmalı və daim öz proqramlarını buna uyğun olaraq təkmilləşdirməlidirlər”, - Nicat Məmmədli deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin