Müharibədə ölən və itkin düşən ermənilərin sayı rəsmi məlumatlardan çoxdur

Hazırda oxunan: Müharibədə ölən və itkin düşən ermənilərin sayı rəsmi məlumatlardan çoxdur

92772

Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan bildirib ki, 44 günlük müharibədə ölən və itkin düşən erməni hərbçilərinin sayı Paşinyan hakimiyyətinin verdiyi məlumatlardan qat-qat çoxdur.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.

“Nikolun statistikasına görə, hazırda 303 itkin düşən şəxs və meyitxanada saxlanılan və hələ də şəxsiyyəti müəyyən edilməyən daha 100 cəsəd var.

Hökumət hələ ölən uşaqların adlarını açıqlamadığından, həm qurbanların, həm də itkin düşənlərin sayının daha çox olduğu aydındır”, - Zöhrabyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin