Dövlət mətbuatı orqanları işçilərinin siyasi partiya üzvü olmasına qoyulan qadağa aradan qaldırılır

Hazırda oxunan: Dövlət mətbuatı orqanları işçilərinin siyasi partiya üzvü olmasına qoyulan qadağa aradan qaldırılır

92759

Dövlət mətbuatı orqanlarının işçilərinin siyasi partiyanın üzvü olmasına qoyulan qadağa aradan qaldırılır. 

Bizim.Media xəbər verir ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanundan fərqli olaraq yeni qanun layihəsinin ilkin variantında dövlət mətbuatı orqanlarının işçiləri üçün belə bir məhdudiyyət nəzərdə tutulmur. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinlərinin siyasi partiya üzvlüyünə qoyulan məhdudiyyət isə yeni qanun layihəsində də əksini tapıb. 

Digər yenilik notariuslarla bağlıdır. Yeni qanun layihəsinə əsasən, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər.

Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar. 

Hesablama Palatasının üzvləri də siyasi partiyanın üzvü ola bilməyəcəklər. (Apa.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin