“Saqqal saxlamaqla Türkiyə ilə həmrəylik nümayiş etdiririk” – Gənclərimiz Avropalıları necə heyrətləndirir? 

Hazırda oxunan: “Saqqal saxlamaqla Türkiyə ilə həmrəylik nümayiş etdiririk” – Gənclərimiz Avropalıları necə heyrətləndirir? 

92737

Gənclərimizdə gündən-günə artan saqqal nəinki yaşlı sakinləri, eyni zamanda Bakıya gələn avropalı turistləri də təəccübləndirir. Azərbaycana iş və istirahət üçün gələn avropalılar qeyd edirlər ki, gənc oğlanlarımızda olan saqqal forması onları xeyli təəccübləndirir və bu cür saqqal üslubuna Avropa ölkələrinin demək olar ki, heç birində rastlanmır. 

Araşdırmamıza əsasən deyə bilərik ki, Sovet dövründə kişilərimizin çoxu bığ saxlasa da, saqqala yalnız din xadimlərində təsadüf olunurdu. Maraqlıdır saqqal saxlayan gənclərimiz bu ənənənin ölkəmizə hardan gəldiyini və ya nə üçün saqqal saxladıqlarını bilirlərmi? 

Uzun illər İstanbulda yaşamış Bakı sakini Sahib Qasımov saqqalın ölkəmizdə dəb olmasını qardaş Türkiyə ilə yaxınlaşmağımızın göstəricisi hesab edir:

“Kişilərdə saqqal türkçülük simvolu olduğu üçün Türkiyədə bütün dövrlərdə bu dəb halında olub. Sovet hakimiyyəti Azərbaycanı Türkiyədən uzaqlaşdırdığı və saqqalı qadağan etdiyi üçün o zaman buradakı kişilər təkcə bığ saxlamaqla kifayətləniblər. İndi Türkiyədə hər üç kişidən ikisində saqqal var. Azərbaycanda saqqala artan maraq bunu göstərir ki, tezliklə bizdə də, belə olacaq və biz bununla Türkiyəmizlə həmrəylik nümayiş etdiririk”.

Bakı şəhər sakini 23 yaşlı Əhməd Muradov isə bildirib ki, o 5 ildir saqqal saxlayır, amma nə üçün bunu etdiyini bilmir:

“Artıq saqqal mənim həyatımın bir parçasına çevrilib. Mən güzgüyə baxarkən özümü saqqalsız təsəvvür etmirəm. Eyni zamanda saqqal üçün lazım olan estetik məsələləri gözləyirəm və ona qulluq etmək məni yormur”. 

Stilis İkram Əliyev də saqqalı kişinin yaraşığı hesab edir. Onun fikrincə əgər kişinin üzündə saqqal çıxırsa, bunun saxlanılmasında heç bir qəbahət yoxdur:

“Müştərilərimin arasında 50 faizi saqqal saxlayanlardı. Şəriətə görə bığsız saqqal əsas götürülsə də Azərbaycan milli mental dəyərləri arasında  bığ həmişə olub. Sovet dövründən əvvəlki dönəmə nəzər salsaq, ulu babalarımızın üzündə həmişə saqqal olub. İndi 18 yaşını keçən gənclər arasında saqqala meyl edənlər daha çoxdur”.

Saqqal saxlayan gənclərin günümüzdə daha çox sport üsluba üstünlük verməsinə gəlincə isə ekspert İkram Əliyev hesab edir ki, saqqalı müxtəlif tərzdə olan geyim üslublarına uyğunlaşdırmaq olar:

“Qısa bir misalla deyərdim ki, “kare” saç formasına malik xanım o saçı darayıb  həm sport, həm də klassik üsuba uyğunlaşdıra bildiyi kimi eynilə də, saqqalı sport və ya klassik geyimə uyğunlaşdırmaq olar. İslama görə isə saqqal bığdan daha çox olmalıdır. Çünki təmizlik baxımından və ya yemək yeyərkən maneçilik törətdiyi üçün bığın daha az olması məqbuldur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin