Azərbaycanı quraqlıq təhlükəsi gözləyir ”“ XƏRİTƏ

Hazırda oxunan: Azərbaycanı quraqlıq təhlükəsi gözləyir ”“ XƏRİTƏ

92713

Beynəlxalq Təbii Resurslar İnstitutu (WRI) təşkilatı 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib.

Oxu.Az xəbər verir ki, 33 ölkədən ibarət siyahıda Azərbaycan 4,69 balla 18-ci yerdədir.

Təşkilatın ekspertlərinin fikrinə görə, 2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır. 

Azərbaycanın qonşuları İran (4,91 balla 13-cü yer) və Ermənistan da (4,60 balla 22-ci yer) adıçəkilən siyahıda yer alıb. 

Siyahıda maksimal 5 balı Qatar, Bəhreyn, San-Marino, Fələstin, BƏƏ, Sinqapur və Küveyt alıb. Bu ölkələrdə vəziyyət daha da təhlükəli hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin