Telefon borcunu onlayn öyrənmək olar

Hazırda oxunan: Telefon borcunu onlayn öyrənmək olar

92694
Artıq rabitə xidmətlərinə görə borcun olub-olmaması haqqında arayışı əldə etmək üçün Telefon qovşaqlarına müraciət etməyə ehtiyac yoxdur.

Moderator.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, “Elektron hökumət”x9d portalının (//www.e-gov.az) təqdim etdiyi “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış”x9d elektron xidmətindən istifadə edərək rabitə xidmətlərinə görə borc barədə arayışınızı onlayn formalaşdıra bilərsiniz.

Nazirlik bildirib ki, Bunun üçün “Elektron hökumət”x9d portalına girişinizin (kod/parol) olması kifayətdir.

Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcun olmaması barədə məlumat öz əksini tapacaq.

Arayışın həqiqiliyi QR-kod və ştrix kod ilə təsdiqlənir, mövcudluğu isə portal üzərindən “Elektron arayışların yoxlanılması”x9d xidməti vasitəsilə yoxlanıla bilər.

Qeyd edək ki, ötən ay ərzində “Elektron hökumət”x9d portalı vasitəsilə “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış”x9d elektron xidmətindən 1 064 dəfə istifadə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin