Azərbaycanın artilleriya qoşunları təlim keçirdi ”“ FOTO + VİDEO

Hazırda oxunan: Azərbaycanın artilleriya qoşunları təlim keçirdi ”“ FOTO + VİDEO

92668

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Moderator.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təlim mərkəzində 203 millimetrlik “Pion”x9d özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub. 

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin