Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə cinayət işinin materiallarındakı bir sıra sənədlər elan olunub.
Səslənən sənədlərdən məlum olur ki, İlkin Süleymanovun müdafiə hüququ ilkin mərhələdə pozulub.
Belə ki, onun ailəsi vəkil tutsa da, istintaq orqanı həmin vəkilləri uzun müddət işə buraxmayıblar.
İlkin Süleymanovun vəkilləri bildirib ki, bu da müdfafiə etdikləri şəxsin hüququnun kobud şəkildə pozulmasıdır. Cinayət işinin materiallarında İlkin Süleymanovun telefon danışıqları ilə bağlı mobil operatordan alınmış arayışlar da elan edilib.
İlkin Süleymanov deyib ki, yanvarın 6-da yanmış meyit tapılanda hadisə yerinə gələn polislər onu Tovuz rayon Polis Şöbəsinə aparıblar. Onun sözlərinə görə, həmin vaxt telefonu da onun əlindən alınıb.
İlkin Süleymanovun telefonuna ekspertiza rəyi verilib. Həmin rəydə göstərilib ki, bu telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videolarına baxılıb.
Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də bu telefonda çılpaq qadın fotosuna, transseksual şəxslərin görüntülərinə baxılıb. İlkin Süleymanov özü də bildirib ki, telefonunda baxıldığı iddia olunan cizgi filmlərinin, çılpaq şəkil və videoların ona heç bir aidiyyəti yoxdur.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:57 / 07.09.2022
İlkin Süleymanovun telefonuna keçirilən ekspertiza RƏYLƏRİ AÇIQLANDI
Hazırda oxunan: İlkin Süleymanovun telefonuna keçirilən ekspertiza RƏYLƏRİ AÇIQLANDI
Hazırda oxunan: İlkin Süleymanovun telefonuna keçirilən ekspertiza RƏYLƏRİ AÇIQLANDI
92587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.