Daha 12 ailə Ağalıya qayıtdı -  FOTO

Hazırda oxunan: Daha 12 ailə Ağalıya qayıtdı -  FOTO

92569

İşğaldan azad olunduqdan sonra firavan həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana qayıdışın ikinci mərhələsi çərçivəsində daha 25 ailənin məcburi köçkün həyatına son qoyulub.

Bizim.Media xəbər verir ki, sentyabrın 7-i səhər saatlarında Abşeron rayonundan Zəngilana yola düşən 12 ailə - 63 nəfər günorta saatlarında Ağalı kəndinə çatıb.

Otuz ilə yaxın Vətən həsrəti ilə yaşayan zəngilanlılar kəndə sevinc göz yaşları ilə qədəm qoyublar.

Onları kənd mərkəzində qarşılayan Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev sakinləri doğma yurduna qayıtması münasibəti ilə təbrik edərək, göz aydınlığı verib. 
Sakinlərə kənd haqqında məlumat verilib və bildirilib ki, əhalinin rifah içərisində yaşaması üçün kənddə bütün zəruri şərait yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin