Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Bizim.Media AQTA-nın saytına istinadən xəbər verir ki, Belarus Respublikasına ixrac üçün nəzərdə tutulmuş “Sunaz” MMC-yə məxsus dondurulmuş toyuq ayaqlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülüb.
Həmin nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aparılan müayinələr nəticəsində məhsullarda salmonella aşkar edilib.
Faktla bağlı məhsulların məhv edilməsi barədə qərar qəbul olunub, ümumi çəkisi 23 100 kq məhsul “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 07.09.2022
23 tondan çox toyuq ayağı məhv edilib
Hazırda oxunan: 23 tondan çox toyuq ayağı məhv edilib
Hazırda oxunan: 23 tondan çox toyuq ayağı məhv edilib
92526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.