Rusiyalı valideynlərdən Mehriban Əliyevaya məktub

Hazırda oxunan: Rusiyalı valideynlərdən Mehriban Əliyevaya məktub

92524
Həştərxan şəhərindəki Bələdiyyə büdcəsindən maliyyələşdirilən “Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi”x9d təhsil müəssisəsi nəzdində “Drujba”x9d uşaq bağçasında tərbiyə alan uşaqların valideynlərinin bir qrupu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. 

Moderator.az  xəbər verir ki, təbrik məktubunda deyilir: 

“Biz Həştərxan şəhərindəki 11 nömrəli məktəbin nəzdində bu il yeni tikilmiş “Drujba”x9d uşaq bağçasına gedən uşaqların valideynləriyik. Bu məktəbəqədər müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Şəhərin bəzəyinə çevrilmiş bu qəşəng, rahat binaya görə, uşaqlarımızın bütün gün ərzində olduğu təmiz və rahat qruplara, uşaq bağçasının həyətində balacaların təmiz havada əyləndikləri müasir oyun meydançalarına görə Sizə dərin təşəkkürümüzü bildiririk”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin