Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə 2 aydan bir az çox müddət qalıb. Artıq bir sıra partiya və qurumlar seçkilərdə iştirakla bağlı qərarını açıqlayıblar.
Yarandığı gündən iqtidara qarşı hər zaman sərt mövqeyi ilə seçilən NİDA Vətəndaş Hərəkatı da seçkidə iştirak edəcək.
Bunu qurumun İdarə Heyətinin üzvü Ülvi Həsənli Moderator.az - a verdiyi açıqlamasında bildirib:
“NİDA qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Biz bu seçkiyə bir neçə namizədlə qatılacağıq. Hazırda namizədlərimizin müəyyən olunması istiqamətində işlər görülür.”x9d
NİDA - nın İdarə Heyətinin digər üzvü Zaur Qurbanlı da seçkidə iştirak etmək niyyətlərinin olduğunu bildirib:
“NİDA - nın seçkidə iştirak etməkdə əsas məqsədi xalqa müraciət etmək üçün şans əldə etmək istəyidir. Biz bundan istifadə edərək öz ideya və məqsədimizi xalqa çatdırmaq istəyirik. Mənim seçkilərdə iştirak etmək məsələm hələ ki, sual altındadır, üzərimdə məhkumluq var, məhkumluğum götürülsə, seçkilərə qatılmaq haqda düşünəcəm.”x9d
Xəyal Əzizov






























































































