Qənirə Paşayeva Bolu bələdiyyə başqanı ilə görüşüb- FOTO

Hazırda oxunan: Qənirə Paşayeva Bolu bələdiyyə başqanı ilə görüşüb- FOTO

92469
Millət vəkili Qənirə Paşayeva Bolu bələdiyyə başqanı ilə görüşüb və Qarabağ həqiqətlərinin Boluda daha geniş yayılmasını müzakirə edib.  

 Boluda səfərdə olan millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı Alaəddin Yılmazla görüşündə şəhərin ən gözəl yerlərindən birində yerləşən parklardan birinə Qarabağın adını verdikləri üçün ona və bələdiyyə üzvlərinə xüsusi təşəkkürünü bildirib.  Qənirə Paşayeva həmin parkda  Qarabağı anladan heykəl, Azərbaycan xəritəsi və Azərbaycan mədəniyyətini özündə əks etdirən müəyyən kiçik abidə və simvolların qoyulacağını yüksək qiymətləndirərək gənc nəsillərimizə ortaq tariximiz və problemimiz olan Qarabağ barədə həqiqətlərin daha da geniş çatdırılmasına böyük ehtiyac olması və bu kimi addımların da məhz  buna xidmət etdiyini vurğulayıb və bu kimi addımlar dostları sevindirir, düşmənlərə isə ciddi bir mesajdır deyib. Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkilləri bildrib ki, inanıram ki, biz torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda  önəmli tədbirlər keçirəcəyik. Millət vəkili "inşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Bolu adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin" deyib. Millət vəkili Qənirə Paşayeva Boludakı Koroğlu parkında Azərbaycana xüsusi yer ayrılması ilə bağlı təkliflərinə bələdiyyə başqanının müsbət yanaşaraq qərar qəbul etməsi üçün təşəkkürünü bildirib və Boluda  Azərbaycanlı heykəltaraşın Koroğlu heykəli üzərində çalışmalara başlamasının məmnuniyyətverici olduğunu deyib. Bələdiyyə başqanı A.Yılmaz, millət vəkili Q.Paşayeva və heykəltaraş Akif Əsgərov birlikdə heykəlin maketinə baxıblar və məhz belə bir abidənin qoyulması qərara alınıb. Millət vəkili Qənirə Paşayeva Bolu bələdiyyə başqanına Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı kitablar, materiallar hədiyyə edib. Qardaş Azərbaycana bir müddət əvvəl səfəri zamanı özünü öz evindəki kimi hiss etdiyini deyən bələdiyyə başqanı Alaəddin Yılmaz Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Boluda Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib. Parkın qısa zamanda yüksək səviyyədə hazırlanacağını deyən Bolu bələdiyyə başqanı millət vəkilini yaxın zamanlarda keçiriləcək açılış mərasiminə də dəvət edərək "inşallah yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik" deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını deyib. Görüş zamanı hər il Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı Boluda tədbirlərin keçirilməsi və onların əhəmiyyəti ilə də bağlı fikir mübadiləsi də aparılıb. Millət vəkili həmçinin Bolunun tanınmış QHT, KİV və fəal xanımları ilə də görüşüb və müzakirələr aparıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin