Kitab bilik mənbəyi olsa da...

Hazırda oxunan: Kitab bilik mənbəyi olsa da...

92421
Bu gün kitab mədəniyyəti və onun əhəmiyyətindən danışmaq yersizdir. İndi bunu bilməyən çətin tapılsın. Hələ uzaq keçmişdə ən zalım padşahlar belə, kitaba dəyər verir, sarayda kitabxana saxlayırdı. Təəssüf ki, informasiya texnologiyalarının sürətli inkişafı müsbət göstəriciləri ilə bərabər, kitabxanaların rəqabətdə uduzmasına, nəticədə onların lüzumsuz xidmət sahəsinə çevrilməsinə səbəb olub. Məhz bu səbəbdən kitabxanalarımız ya baxımsız qalır, ya da zorla silinərək yerini üzdəniraq işbazlara təhvil verir. Belə kitabxanalara “qurban”x9d da demək olar. Bakı şəhərindəki Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) kimi.
Nizami rayon  MKS 1991-ci ildə yaradılıb. MKS-ya Mərkəzi Kitabxana və 7 filial kitabxana daxildir. Son illərin statistikasına görə, təkcə mərkəzi kitabxananın kitab fondu 60 minə qədər idi. Lakin qaranlıq səbəblərdən 7-8 il öncə 3 filal ləğv edilib, işçiləri digər filal kitabxanalarda yerləşdirilib, yaxud ixtisar adı ilə işdən azad olunub. 4-5 ay öncə isə bu sıraya mərkəzi kitabxananın özü qatılıb. Ənənəvi bəhanə ilə onun Bəhruz Əliyev küçəsi, 14 ünvandakı yerini boşaldıblar. Üzərində kitabxana (tam adı, iş rejimi) olduğunu bidirən  göstərici çıxarılıb. Əvəzndə qapı və pəncərələrə uzaqdan diqqəti cəlb edən aşağıdakı məlumat xarakterli elanlar vurulub:
“Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası təmirə bağlandığı üçün fəaliyyəti aşağıda göstərilən ünvanda davam edəcək. Ünvan: Məhsəti Gəncəvi, 23.,  Tel. 012-3764969.”x9d 
Daha iri şriftlərlə “İCARƏYƏ VERİLİR! Telefon: 050-7410707”x9d sözləri və telefon nömrəsi yazılıb.
Buyur, ayırd elə. Kitabxana təmirə dayanıb, yoxsa icarəyə verilir? Fikrimizcə, bu dilemma kitabxana işçilərini də həm çaş-baş salıb, həm də narahat edir. Şübhəsiz, onların özlərinin münasibəti yəqin çox maraqlı olardı. Əgər gerçəkdən belədirsə, onda haqlı deyillərmi? Bir neçə filalın ləğvinin ardınca MKS-nin özünü yerindən tərpətdilər və”¦ 4 saylı filala birləşdirdilər. Təsəvvür edin ki, MKS-nin hazırda yerləşdiyi filialın sahəsi də, kitab fondu da mərkəzi kitabxanadan 2,5 dəfə azdır. Maraqlıdır, onda mərkəzi kitabxana və filial bir yerə necə sığıb? Kitab rəfləri, stol-stul, stendlər, kitablar, işçilər”¦
Hədsiz sıxlıq şəraitində çalışmaq həm işçilər, həm də oxucular üçün çətindir, bəlkə də mümkün deyil, demək daha düzgündür. Ona görə də kitab fonduna “əl gəzdimək”x9d, az qala yarıbayarı çıxdaş etməkdən başqa çarə qalmayıb”¦
Əlbəttə, rayonda dövlət əhəmiyyətli mədəni-kütləvi tədbirlərin təşkili və keçirilməsində, gənc nəslin mənəvi tərbiyəsində, vətənpərvər və milli ruhda yetişməsində Nizami MKS-nin mərkəzi kitabxanası və onun filiallarının məqsədyönlü fəaliyyətini danmaq olmaz. Kitabxanaları “təmir”x9d və ya digər adlarla gedər-gəlməzə göndərənlər ən azı bunu bilməli idilər. Kitabxana və onun işçi heyətinə sayğı hamımızın borcudur. Axı azacıq təhsil görmüş, savad-bilik qazanmış hər kəs, o cümlədən vəzifə pillələrində yer tutanlar, kitabxanaların məhvinə qərar verənlər kitbxanalardan keçiblər.

Nəriman Mahmud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin