İnsan orqanizminin daha bir üstünlüyü AŞKARLANDI – “Aura”nın ELMİ İZAHI araşdırılır

Hazırda oxunan: İnsan orqanizminin daha bir üstünlüyü AŞKARLANDI – “Aura”nın ELMİ İZAHI araşdırılır

92404

İnsanların bədənlərində nəfəs aldığımız havanı təmizləyə bilən görünməz aura aşkarlanıb.

Bizim.Media xəbər verir ki, alimlərin araşdırmasına əsasən havadakı ozon sebum ilə reaksiyaya girdikdə insan bədənində havanı təmizləyən molekulların görünməz dumanı əmələ gəlir.

Günəş işığı sayəsində yaranan zəhərli molekulları neytrallaşdırdığına görə "atmosferin yuyucu vasitəsi" ləqəbini qazanan və “OH” radikalları adlanan bu qısa ömürlü molekullar sözügedən auranın yaranmasına səbəb olur.
Lakin texniki olaraq oksidləşdirici sahə kimi tanınan bu auranın kəşfi “OH” radikallarının da insan orqanizmi tərəfindən istehsal olunduğunu göstərir.

Ekspertlərin fikrincə, auranın təsiri naməlum olaraq qaldığı üçün sahənin xeyir və ya şər qüvvəsi olduğunu aşkarlamaq qeyri-mümkündür.

Almaniyanın Mainz şəhərində yerləşən Maks Plank Kimya İnstitutunun professoru və tədqiqatın müəllifi Conatan Uilyams “The Telegraph”a verdiyi açıqlamada bildirib ki, sahə nəfəs almazdan əvvəl havanı təmizləyə bilir. 

“Daha vacib olan başqa bir ehtimal odur ki, zərərsiz olduğu düşünülən birləşmə “OH” sahəsində oksidləşdikdə zəhərli hal ala bilir. Odur ki, bu barədə daha çox araşdırma aparılmalıdır”, - deyə Uilyams bildirib.

Professor Uilyams və komandası eksperiment aparmaq üçün oksigen maskalı dörd nəfəri steril otağa yerləşdirib və havadakı “OH” radikallarının səviyyəsini ölçdükdən sonra otağa ozon əlavə ediblər. Bu zaman otaqda kimyəvi səviyyələrdə sıçrayış müşahidə olunub. Tədqiqatçılar oksidləşmə sahələrini göstərən məlumatlar əsasında fotolar çəkiblər.

Tədqiqatçının sözlərinə görə, müşahidə olunan bu kimyəvi siluet, cizgi filmindəki nüvə tullantılarının atıldığı çəlləyin ətrafındakı yaşıl radiasiyanın parıltısına bənzəyir.

Daha yaxından təhlillər göstərib ki, dərinin elastikliyini qoruyan və kimyəvi maddə hesab olunan “skualen” ozonla birləşdikdə bir sıra mürəkkəb kimyəvi reaksiyalar vasitəsilə “OH”-nun oksidləşmə sahəsini yaradır.
"Nəfəs aldığımız zaman oturduğumuz divandan çıxan emissiyaları başqa elementlərə çevirən kimyəvi birləşmələr var. Sadəcə olaraq biz bu birləşmələrin divan emissiyalarından daha artıq və ya az zərərli olduğunu dəqiq bilmirik. Bu tədqiqatın isə sağlamlığa birbaşa təsiri var. Odur ki, onları sadəcə ölçmək əvəzinə dərindən tədqiq etmək lazımdır”, - deyə Uilyams bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin