İlham Əliyev həmkarını təbrik etdi

Hazırda oxunan: İlham Əliyev həmkarını təbrik etdi

92400
Azərbaycan prezidenti İlham Əliyev Moldovanın Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb. 

Moderator.az-ın məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı ”“ Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin