“Mingəçevir polisində yoxlamalar aparılmalıdır”x9d

Hazırda oxunan: “Mingəçevir polisində yoxlamalar aparılmalıdır”x9d

92395

Ötən həftə Mingəçevirdə baş vermiş hadisələr hələ də cəmiyyətin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Baş vermiş hadisələrdə Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyətə cəlb oluna bilərmi? 

Hüquqşunas Əsabəli Mustafayev məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:

“ İndiki halda bu suala cavab vermək bir qədər çətindir. Amma hamıya məlumdur ki, rəis tabeçiliyində olan işçilərə görə, baş vermiş hadisələrə görə məsuliyyət daşıyır. Hazırda müəyyən olunmalıdır ki, onun məsuliyyəti baş vermiş hadisələrdə hansı həddədir. İdarədə yoxlama aparılmalıdır. Əgər nöqsanlar, vətəndaşlara qarşı kobud rəftar halları üzə çıxarsa, deməli rəis öz vəzifəsinə səhlənkarlıqla yanaşıb. Bu da cinayət məsuliyyəti yaradır. Yox, məlum olsa ki, belə hal yeganədir, onda inzibati cəza ilə kifayətlənmək olar. Ölən şəxsin tutulma şəraiti mediada təsvir olunduğu kimidirsə, o qanunsuz həbs olub. Bu həbsdə bir neçə polisin iştirak etməsi isə idarədə qanunlara əhəmiyyət verilmədiyini nümayiş etdirir. Ancaq yenə təkrar edirəm, kompleks yoxlama aparılmalıdır ki, ədalətli qərar qəbul edilsin.”x9d

Xəyal Əzizov




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin