“Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır. Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, abonentlərin rahatlığı üçün bir sıra təşəbbüslər göstərilir. Növbəti belə təşəbbüs isə Birliyin baş direktoru Ruslan Əliyevin sosial şəbəkə üzərindən abonentlərlə birbaşa bağlantısının yaradılmasıdır.
Qeyd edək ki, baş direktorun “Azəriqaz” İstehsalat Birliyinin feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımı yanvarın 22-də saat 14:00-da planlaşdırılır.
Bu görüşlərin hər həftənin cümə günü təşkil olunması nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:59 / 21.01.2021
“Azəriqaz” rəhbəri abonentlərlə sosial şəbəkədə canlı bağlantı yaradacaq
Hazırda oxunan: “Azəriqaz” rəhbəri abonentlərlə sosial şəbəkədə canlı bağlantı yaradacaq
Hazırda oxunan: “Azəriqaz” rəhbəri abonentlərlə sosial şəbəkədə canlı bağlantı yaradacaq
9236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.