MƏNƏVİ ZƏRƏR anlayışı – Azərbaycanda bununla bağlı neçə məhkəmə qərarı olub?

Hazırda oxunan: MƏNƏVİ ZƏRƏR anlayışı – Azərbaycanda bununla bağlı neçə məhkəmə qərarı olub?

92344

Zaman elə gətirib addımbaşı hansısa hüququmuz pozulur. İctimai nəqliyyatda gedəndə, ticarət obyektində alış-veriş edəndə, hardasa istirahətdə olanda və sair hallarda hüquqlarımız pozulur, psixoloji sarsıntı keçiririk və bir çox hallarda aldığımız mənəvi zərbədən xəstə düşürük. 

Lakin, belə vəziyyətdə bizə dəymiş mənəvi zərərin əvəzini tələb edə bilmirik. Daha doğrusu məhkəmlərimiz mənəvi təzminat məsələsinə ciddi yanaşmır.

Bəs, hansı hallarda mənəvi zərərin ödənilməsi haqqında məhkəmə qərarı çıxarıla bilər?

Məsələ ilə bağlı tanınmış hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu barədə qanunvericiliyimizdə heç bir norma yoxdur:

“Azərbaycanda əsasən maddi zərər təyin edilir. Amma mənəvi zərərə görə ölkəmizdəki məhkəmələr kompensasiya təyin etmir. Bunu da məhkəmlər onunla izah edirlər ki, mənəvi zərərin sübutu yoxdur.
Ümumiyyətlə, Azərbaycanda mənəvi zərərə görə kompensasiyanı məhkəmlər çox nadir hallarda təyin edirlər. Açığı uzun illik təcrübəmdə hansısa məhkəmənin mənəvi ziyan üçün qərardad çıxardığına rast gəlməmişəm”.

Əsabəli Mustafayev onu da qeyd etdi ki, beynəlxalq aləmdə ümumi yanaşma belədir ki, hər hansı bir şəxsin hüququnun pozulması məhkəmə tərəfindən tanınırsa bu zaman həmin şəxsə dəyən maddi və mənəvi zərər qarşı tərəfdən tələb edilir:

“Bu istər mülki, istərsə də cinayət işində olsun, fərq etmir... Bu qəbul edilmiş ümüumi normadır.

Ümumiyyətlə, Avropa məhkəməsində mahiyyətindən asılı olmayaraq bütün hallarda maddi zərərlə yanaşı, mənəvi zərər də təyin edilir. Hətta bəzi hallarda maddi zərər tanınmır. Bu da ona görədir ki, maddi zərərin sübutu üçün iddiaçı sübutlar təqdim edə bilmir.

Bununla belə mənəvi zərər tanınır. Və mənəvi zərərin sübutu üçün məhkəmə iddiaçıdan heç bir dəlil-sübut tələb etmir. Avropa məhkəmələrində hesab olunur ki, hüququn pozulması istənilən halda mənəvi zərər yaradır. Yəni, insan ən azından psixoloji sarsıntı keçirib, qiymətli vaxtını mənasız yerə xərcləyib və sair”. 

Hüquqşünas sonda onu da qeyd edib ki, biz qanunvericilik təşəbbüsü ilə çıxış etmək istəyirik. Artıq müəyyən hazırlıqlar görmüşük:

“Məsələn, vətəndaş 2 il həbsdə yatıb. Sonra bəraət alıb. Bu zaman, vətəndaş işlədiyi dövrlərdəki orta aylıq əmək haqqını tələb etmək hüququ qazanmalıdır. Hələlik, bu sadəcə təşəbbüsdür.
Amma mahiyyətindən asılı olmayaraq istənilən hüquqpozmanı məhkəmə tanıyırsa, buna görə hökmən mənəvi təzminat ödənilməlidir. Bu zaman məhkəmə mənəvi zərərin sübutunu iddiaçının üzərinə qoymamalıdır.” 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin