Fərhad və Rafiq Əliyev qardaşları Türkiyədə bizneslə məşğuldurlar

Hazırda oxunan: Fərhad və Rafiq Əliyev qardaşları Türkiyədə bizneslə məşğuldurlar

92331
2013-cü ilin oktyabr ayında əfv edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Türkiyədə böyük biznes layihələrinin gerçəkləşdirilməsinə başlayıblar. 

Moderator.az Modern.az-a istinadən xəbər verir ki, Əliyev qardaşları Almaniyadan sığınacaq alsalar da, biznes layihələrini qardaş ölkədə həyata keçirməklə bağlı qərar veriblər. Mənbə onu da bildirir ki, Fərhad Əliyev hətta Türkiyənin baş naziri Əhməd Davudoğlunun iqtisadi məsələlər üzrə qeyri-rəsmi məsləhətçisi kimi də fəaliyyət göstərir.

Bundan əlavə, Əliyev qardaşlarının prezident Rəcəb Tayyib Ərdoğana yaxın iş adamları ilə Türkiyədə iri biznes layihələrinin həyata keçirilməsində fəal iştirak etdiyi vurğulanır. 

Sığınacaq alan qardaşlarına Türkiyədə belə isti münasibətə gəldikdə, mənbə qeyd edib ki, Rafiq Əliyev həbs edilməzdən əvvəl Azərbaycanda məşğul olduğu biznes ortaqlarının bir çoxu qardaş ölkə vətəndaşları olublar. Almaniyada sığınacaq aldıqdan sonra Türkiyədə biznes layihələrinə Əliyev qardaşlarının belə asanlıqla girişə bilmələrində məhz bu amilin başlıca rolu olduğu bildirilir.  

Fərhad Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Rafiq Əliyev də  2005-ci ildə həbs olunub və  məhkəmə onu 9 il azadlıqdan məhrum etmişdi.

Hər iki qardaş 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin