Jurnalisti İŞİD-i tənqid etdiyi üçün edam etdilər

Hazırda oxunan: Jurnalisti İŞİD-i tənqid etdiyi üçün edam etdilər

92324
İraqın azad mətbuat təşkilatı İŞİD terror qruplaşmasının yaraqlılarının iraqlı jurnalist Adil Əs-Saiqin təşkilatı tənqid etdiyi üçün oğurladıqdan sonra başından güllə ilə vuararaq qətlə yetirdikləri haqqında yazılı bəyanat yayıb.

Moderator.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təşkilatın nümayəndəsi Danyal Qasım bildirib ki, yaraqlılar tərəfindən qətlə yetirilən jurnalistin cəsədi artıq ailəsinə yas mərasiminin keçirilməyəcəyi şərti ilə təhvil verilib.

Daha öncə İŞİD terror təşkilatı maraqlarında olmayan hadisələri işıqlandıran jurnalistlərin cəzalanacağı haqqında xəbərdarlıq ilə çıxış etmişdi.

İraqın azad mətbuat təşkilatı İŞİD terror təşkilatının İraqın şimalını ələ keçirdikdən sonra 41 jurnalistin qətlini qeyd edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin