Ceyhun Osmanlının anasına vəzifə verildi

Hazırda oxunan: Ceyhun Osmanlının anasına vəzifə verildi

92322
Millət vəkili Ceyhun Osmanlının anasına vəzifə verilib. Moderator.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Xuraman Osmanova Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına direktor təyin olunub. 


Qeyd edək ki, X. Osmanova bundan əvvəl Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsildə İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifəsində işləyib.  

Xatırladaq ki, bir müddət əvvəl M. Cabbarov Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının ləğv edilməsi barədə əmr vermişdi. Nazirin əmri ilə Gimnaziyanın bazasında istedadlar Liseyinin yaradılması nəzərdə tutulurdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin