Qubanın Amsar kəndində fərdi evdə təmir işləri aparan usta Elman Süleymanov faciəli şəkildə həyatını itirib.
Bizim.Media xəbər verir ki, Gədəbəy rayonunun Arıqıran kənd sakini, 52 yaşlı Elman Eyvaz oğlu Süleymanovun üzərinə taxta konstruksiya aşıb və o, yerindəcə ölüb.
Faktı Quba rayon prokurorluğu araşdırır.
Qeyd edək ki, iki ay bundan əvvəl Xınalıq kəndində bir sakin də əmisinin evini təmir edərkən üstünə divar aşması nəticəsində ölmüşdü.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu