Beyləqan rayonunda hımkəndlisini odlu silahla qətlə yetirməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Arif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nazim Quliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, bu il iyunun 5-də saat 08 radələrində Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Bəhruz Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Arif Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan iki dəfə atəş açaraq Bəhruz Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Arif Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Arif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.10-cu (təkrar adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:23 / 06.09.2022
Beyləqanda odlu silahla qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Beyləqanda odlu silahla qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Beyləqanda odlu silahla qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
92250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.