Almaniyanın Darmştat şəhər xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin həkimi Cavid Hüseynzadə bu gün koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub.
Bizim.Media xəbər verir ki, bu barədə özünü sosial şəbəkə hesabında video paylaşıb.
Həkim, peyvəndin əks təsirləri ilə bağlı suallara doktor Şumaxer vasitəsi ilə aydınlıq gətirib. Şumaxer bildirib ki, bu günə kimi klinikanın vaksin qəbul edən 750 işçisindən heç birində əks təsir olmayıb. O, həmçinin qeyd edib ki, vaksindən sonra da sosial məsafə qaydalarına əməl etmək və maska taxmaq vacibdir.
Sözügedən videonu daha ətraflı təqdim edirik:
Bizim.Media