Moderator.az-ın verdiyi xəbərə görə, Avqustun 25-də “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşkunla görüş keçirilmişdir.
Görüşdə “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.
İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Daha sonra Səfir Alper Coşkun çıxış edərək, “Azərbaycan Dəmir Yolları”x9d QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirmişdir.
Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.
































































































