Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

Hazırda oxunan: Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

92187

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.

İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın 20 milyon manatını dövlət büdcəsinə qaytarıb.

Sonra ifadə verən S.Müslümov özünü təqsirli bildiyini deyib. Sabiq nazir ittihamın mənimsəmə və israf etmə hissəsi ilə bağlı razı olmadığını deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Müslümov bu qurum rəhbərlərindən rüşvət alıb – Prokuror İTTİHAMI AÇIQLAYIR  


Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.  

Qeyd edək ki, S.Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin