Yuxarı siniflərin məktəbli geyiminin istehsalı ilə bağlı BTE-dən AÇIQLAMA

Hazırda oxunan: Yuxarı siniflərin məktəbli geyiminin istehsalı ilə bağlı BTE-dən AÇIQLAMA

92185

“Bakı Tikiş Evi məktəbli formalarının istehsalına könüllü şəkildə başlayıb və heç bir qurum bizə bu məsələni həvalə etməyib”.

Bu barədə Bizim.Media-ya Bakı Tikiş Evindən (BTE) verilən açıqlamada bildirilir.

Qurumdan bildirilib ki, statistik göstəricilər olmadığı üçün məktəblilərin hansı rəng formanı hansı sayda istifadə edəcəyini müəyyənləşdirmək və tələbatı təxmin etməkdə çətinliklər yaranıb:

“Yeni məktəbli formaları ilə bağlı sualların gec cavab tapması, davamında logistika krizləri və istifadə olunacaq xüsusi xammalın istehsal müddətinin uzun olması da yaranmış problemin səbəblərindəndir.

Bu il yuxarı siniflərin yeni forma geyinmək məcburiyyəti olmadığı üçün şirkətimiz böyük ölçülü geyimlərin istehsalına önümüzdəki ildə başlamağı planlaşdırır. Özəl müəssisə olaraq bizim keyfiyyətli məhsullarımıza olan tələbatı il boyu ödəməyə davam edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin