Azərbaycanda beş uşaqlı analar nə qədər müavinət alır?

Hazırda oxunan: Azərbaycanda beş uşaqlı analar nə qədər müavinət alır?

92020
2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir.

Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyindən bildirilib. 

Hazırda nazirlik tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3 077 nəfər qadının 18 yaşına çatmamış 8 810 nəfər uşağına həmin aylıq sosial müavinət ödənilir. 

Bununla yanaşı, 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkəmizdə 7 612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.  

Ümumilikdə, cari ilin iyulun 1-nə,  ƏƏSMN tərəfindən aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402 075 nəfər təşkil edib ki, onlardan 85,7%-i aylıq sosial müavinət alanlar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin