DADP-çi gənclər gənc yazarlarla bir arada...- FOTO

Hazırda oxunan: DADP-çi gənclər gənc yazarlarla bir arada...- FOTO

92013
Demokratik Azərbaycan Dünyası Partiyasınin (DADP) Gənclər Təşkilatının təşəbbüsü ilə gənc yazarlarla gənclər arasında “ KİTAB OXU: Şəxsiyyət kimi formalaşmaq istəyirsənsə, kitab oxu!”x9dadlı tədbir keçirilib.

DADP Gənclər təşkilatının sədri Nigar Abdullayeva ilk öncə qonaqları DADP-nin sədri Əlisahib Hüseynov və partiya üzvləri adından salamladı, sonra isə gənc yazarları tədbir iştirakçılarına təqdim etdi.

Gənc yazar İntiqamYaşar kitab oxumanın insana faydalarından danışdı. O bildirdi ki, kitab oxuyan insanların obyektivlik, sərbəst ünsiyyət və qarşısındakı insanın fikirlərinə hörmətlə yanaşmaq kimi fərqlilikləri vardır.

Gənc yazar Vasif Zöhraboğlu yeni işıq üzü görmüş “Ömür Bir Günlük Yuxudur”x9d adlı kitabından olan şeirlərinin bir neçəsini tədbir iştirakçıları üçün səsləndirdi.

Tədbirə qatılan digər qonaqlar da oxuduqları kitablardan sitatlar gətirərək, kitabların onların şəxsiyyət kimi formalaşmasında rolundan danışdılar.

Psixoloq İlham Quliyevin bu fikirləri isə hamı tərəfindən maraqla qarşılandı: “Kitab ən yaxşı dostdur. Biz axtardığımız sualların cavabların kitablarda tapırıq, kitablar fərdi şəxsiyyət kimi yetişdirir, kitablar təfəkkürümüzü qidalandırır, kitab oxumaq ən yaxşı intellektual istirahətdir.

Kitablar-zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansi ki, dəyərləri nəsildən nəsilə ötürür”x9d.

Tədbirin sonunda müzakirənin ən fəal iştirakçısı kimi müstəqil yazar Günel Fərhadqızına kitab mükafatı verildi.

DADP Gənclər Təşkilatı gənclər üçün bu cür maarifləndirici təşəbbüslərini bundan sonra da

davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin