Ata ağlayan 7 yaşlı qızının dişlərini sındırdı

Hazırda oxunan: Ata ağlayan 7 yaşlı qızının dişlərini sındırdı

92005

Moskvada ata yeddi yaşlı qızının dişlərini sındırıb.

Bizim.Media “5-tv.ru” saytına istinadən xəbər verir ki, o, daim oğullarını döyüb və ev heyvanlarını ələ salıb.

Ailənin qonşuları bu haqda polisə müraciət edib. Deyiblər ki, ata daim uşaqlarını döyür.

Məlum olub ki, həmin şəxs on bir yaşlı uşağını piştaxtalardan oğurluq etmədiyinə görə vurub.

O, oğurlanan pulla özünə spirtli içki almaq istəyib. Nəhayət, kişi on yaşlı oğlunu cinayətə razı sala bilib. Bundan əlavə, oğlanı özü ilə içki içməyə məcbur edib. Kişi kiçik oğlunu da kart oynamağı öyrədib. O isə yerli sakinlərdən pul udub. Həmin pula  atası özü üçün spirtli içki alıb.

Ailədə yeddi yaşlı qız uşağı isə acından tez-tez ağlayırmış. Ata bundan əsəbiləşərək qızının başına təpiklə vurub və nəticədə uşağın dişləri tökülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Onlar baş verənlərin bütün şəraitini və səbəblərini müəyyən edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin