Sentyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 04.09.2022
Sabah Azərbaycanda yağış yağacaq
Hazırda oxunan: Sabah Azərbaycanda yağış yağacaq
Hazırda oxunan: Sabah Azərbaycanda yağış yağacaq
91969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.