Ölkəmizdə dələduzluq cinayətlərinin qarşısının alınmazlığı kimlərə sərf edir və bu cinayətin kökü niyə kəsilməzdir?
”¦Bu gün əməkdaşlarımızdan biri tənginəfəs halda redaksiyaya daxil oldu və inanın, indi danışacağım xa0bir hadisənin-cinayətin təsirindən necə pörtüb həyəcanlanmışdısa, özümdən asılı olmayaraq «Özünü ələ al, danış görək başına nə gəlib?» deyib ona təskinlik verməyə çalışdım”¦ Sonradan məlum oldu ki, onun danışdığı bir dələduzluq hadisəsi məhkəmə praktikasında rast gəldiyimiz digərlərinin yanında toya getməlidir”¦ Beləliklə, çoxdan xa0qayıtmaq istədiyim ağrılı, artıq sosial bəlaya, dövlətimizə başağrısı gətirməkdə olan, tipik ənənə halını almış, «sosial həyatımıza daxil olmuşÂ» cinayət haqqında qənaətimi sizlərlə bölüşmək istəyirəm”¦
Niyə ölkəmizdə dələduzluq cinayəti iri addımlarla irəliləyir?
Ondan başlayım ki, bu ilin iyunun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub və təsəvvür edirsinizmi, Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumun işində iştirak edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri, Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun və Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirakı ilə bildirib ki, «Azərbaycanda mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri də dələduzluqdur və bu növ cinayət getdikcə artır”¦Â».
Təbii ki, hörmətli Ramiz Rzayevin bu qənaətinə şərh verməkdən uzağam”¦ Amma xalq, yəni bizim kimi sadə camaat yuxarıda adını çəkdiyim yüksək vəzifəli məmurlardan umur ki, artıq qapımızın ağzını kəsdirmiş, hamımızı daban-dabana izləyən bu cinayətdən bizi sığortalasınlar”¦xa0
xa0Amma hiss olunur ki, əksinə, indi ölkədə maraqlı adamlar var ki, dələduzları tutulmaqdan sığortalamaqla məşğuldurlar. Belə olmasaydı, dələduzluq cinayətinin kökü kəsilməsə də, dələduzların sayı xeyli azalardı. Amma nə say azalır, nə də əməlləri”¦xa0
Hacı adlandırılan, Məkkəyə gedən də dəluzluqla məşğul olar?
Təsəvvür edirsinizmi, «Hacı» titulunu gəzdirənlərin, yəni müqəddəs Məkkə ziyarətində olmuşların adını da dələduzluq cinayətində rast gəlirik”¦ Məkkəni ziyarət etmiş iş adamı hallalıq yolunda başını və pulunu qoymalıdır, bəzi hacılar isə”¦ Hacı İbrahimin başına gələnləri, ətrafında cərəyan edənləri, Yardımlıdan olan hacı Qalibin həbsini və bu həbsə səbəb olan hadisələri”¦ Allah heç kimə qismət eləməsin!xa0
***xa0
Qayıdaq yuxarıdakı məsələyə: Apellyasiya, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdiyi Plenumda Ali Məhkəmənin sədri bildirib ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir və Plenumda "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" məsələ geniş müzakirə olunub, təhlillər aparılıb. Maraqlı nəticə hasil olub: dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilib ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən əməl edilir, amma”¦ Amma bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir. Çünki «”¦bəzi hallarda faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmək vəzifəsini üzərinə götürmüş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş müki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək cinayət mühakimə icraatı qaydasında həll edilir”¦Â».xa0
xa0Deməli, bu sahədə kökündən dəyişiklik lazımdır. Bəs bu dəyişiklik necə olmalıdır ki, ölkəmizdə dələduzlardan mühafizə oluna bilək? İndi elə vəziyyət yaranıb ki, məhkəmələrdə baxılan işləri oxuyanda, prosesləri izləyəndə”¦ belə qənaətə gəlirsən ki, nəinki qohum-qardaşa, heç özünə də gərək etibar etməyəsən!!! Belə də yaşayış olar?
Hələ 12 il əvvəl də Ali Məhkəmə rəhbərliyi dələduzluğun həyəcan doğuran hallarını qərara salıb”¦
Apardığım təhlillər zamanı daha bir maraqlı sənəd də üzə çıxdı”¦ Məlum olur ki, hələ 31 dekabr 2002-ci ildə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı olub. Qərarın giriş hissəsində yazılır ki, «Ölkəmizdə iqtisadi münasibətlərin dəyişməsi, yeni mülkiyyət formalarının yaranması, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar arasında yeni hesablaşma qaydalarının tətbiqi ilə əlaqədar olaraq son illərdə dələduzluq cinayətlərinin sayı xeyli artmışdır”¦Â».
Deməli, hələ 13 il əvvəl də həyəcan təbili çalınmışdır. Bəs ötən illərdə niyə təsirli tədbirlər görülməmişdir? İnanmıram ki, görülməsin, amma görünür təsirli tədbir görülməyib ki, məsələn, az qala hər gün eşidirik ki, filan oliqarx dələduzluğa görə axraşa verildi, yaxud filan hacı iş adamı saxlanıldı, filan iş adamı həbs edildi və s.xa0
Bir dələduzluğun izi ilə”¦
Elə günümüzün reallığına çevrilmiş bir ənənəvi cinayət barədə: yuxarıda dedim, əməkdaşımızı həyəcanlandırmış hadisə ondan ibarətdir ki: Abşeron rayonunun Saray qəsəbəsində yaşayan bir nəfər bazar qiymətləri ilə dəyəri təxminən 2 milyon olan iaşə obyektinə bir gün tanınmış deputat xanımlardan birinin köməkçisi kimi özünü qələmə verən bir xanım gəlir, bildirir ki, «Məni filankəslər göndərib, bu obyekti almaq istəyirik”¦Â». Son olaraq 1,5 milyon manat deyilir”¦ Səhər bahalı maşınlarda bir dəstə adam obyektə gəlir”¦ 20 min manat beh verib deyirlər ki, gedək notariusa. Obyekt sahibi (digər yazıda artıq bu məsələ geniş şərh olunur) bildirir ki, pulun hamısı ortada olsun, sonra. Ona bildirirlər ki, səni tək olan oğlunla birlikdə yox edərik, bu sənədə qol çək, etibarnamə ver”¦ Və qorxudan dizləri əsən obyekt sahibi sənədi imzalayır”¦ Amma səhəri gün dərhal notariusa gedərək etibarnaməni ləğv etdirir”¦ Sonra Nəsimi rayon Məhkəməsinə şikayət verir, məlum olur ki, «Bank-of-Azerbaijan»nın işçiləri olan dələduzlar ələ keçirdikləri sənədləri dərhal banka aparıb obyekti girov qoyaraq 1,5 milyon manat kredit götürüblər”¦ Və sonradan məlum olur ki, bankın işçiləri daha 14 nəfəri bu yolla aldadıblar”¦ Əsas füqur həbs edilir, digərlərinə cinayət işi açılır və s. Amma bilinən odur ki, onlar orta hesabla 1-15 milyon manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.xa0
«Pulumuzu verib çölə çıxacağıq!»
”¦İndi dələduzluğa görə həbs edilənlərin demək olar hamısı belə deyir”¦ Yuxarıdakı qəhrəmanlar da elə edir. Onlar Bakı Apellyasiya Məhkəməsində hakimə nə eliyirlərsə”¦ Nəsimi rayon Məhkəməsinin qərarı 360 dərəcədə dəyişdirilir və hakim o qənaətə gəlir ki, «Obyekt düzgün olaraq banka girov qoyulub”¦Â». Sonra həmin qərarı Ali Məhkəmədə də təsdiqləyirlər”¦ Konstitusiya Məhkəməsinə edilən şikayət isə arxivə göndərilir”¦ Bu da son deyil, şikayətçi PA-da Fuad Ələsgərovun şöbəsinin əməkdaşlarının qəbulunda olur, Konstitusiya Məhkəməsinin aidiyyəti məsul şəxsinə tapşırıq verilir ki, şikayəti icraata götürün, yoxsa”¦
xa0Təsəvvür edirsinizmi, insan milyonyarımlıq halal obyektini durduğu yerdə inandığı, etibar etdiyi bir qrup dələduzun yolunda itirir. Hakim (lər) isə o qənaətə gəlir (lər) ki, dələduzlar haqlıdır. Bu hakimlərə dövlətin adından qərar qəbul etmə səlahiyyəti verilib, onlar isə dövlətin (ölkənin) vətəndaşının hüququna dələduzların «görüm-baxım» prizmasından qiymət verirlər. Bunun adı nədir?xa0
Vətəndaşları üzərinə benzin töküb özünü yandırmağa təhriketmə cinayəti”¦
xa0Deməli, kimlərsə maraqlıdır ki, əli hər yerdən üzülən və əmlakı məhkəmə zallarında yanan vətəndaş üstünə ya benzin töküb özünü yandırsın, ya da özünü saman kəndiri ilə assın intihar etsin”¦ Başqa yol qoymur axı bəzi məmurlar.xa0
İndi siz deyin, Prezidentin sərəncamı ilə təyin olunmuş bu hakimlər prezidentin dostudur, yoxsa dələduzların??? Necə ola bilər ki, əlinə 5-10 milyon manat pulu toplayan dələduz artıq planlı surətdə əvvəldən gözünün qabağına alır ki, həbs ediləcək və həmin pulun bir hissəsini istintaqda, məhkəmələrdə”¦ töküb bir-iki il də türmədə yatıb-dincələcək, bəy kimi yaşayacaq, sonra çıxıb Türkiyədə, Almaniyada dələduzluq yolu ilə aldığı”¦ mülklərində ömrünün sonuna kimi kef çəkəcək. Və arxada isə onlarla, yüzlərlə aldadılmış, əmlakını itirmiş, ailəsi dağılmış, həyatı puç olmuş”¦ vətəndaşların gözü yaşlı həyatı durur. Artıq zəhərə döndərilmiş bu həyatın sahibləri dövlətin vətəndaşları olsalar da, dövlətdən istər-istəməz narazı olacaq. Çünki bu dövlətin bəzi məmurları onların bu kökə salınmasında günahkardır.
Prezident neyləsin ki”¦
«Mənim nə günahım ki, mənim etibar etdiyim jurnalist əməkdaşım çöldə düz sözə əyri rəng qatır”¦Â» məntiqi ilə yanaşsam, səmimi olaraq deyim ki, gəlin əyri oturub, düz danışaq: hamı, xüsusən də məlum məmurlar yaxşı bilir ki, hamı son anda, əli bütün məmurlardan üzüləndə Prezidentə üz tutur, şikayətini ölkə başçısına yazır. Çünki vətəndaşın belə vəziyyətdə Göydə Allaha, yerdə isə gümanı Prezidentədir. Yaxşı, Prezident neyləsin ki, onun verdiyi vəzifəsinə, yəni çörəyinə kəm baxanlar var”¦ Məgər Prezident hacı İbrahimə demişdi ki, sən bu millətin və dövlətin milli sərvəti olan neftdən formalaşmış pul vəsaitlərini bankdan kredit kimi götür, sonra məlum qəzetlərdə camaatı real olmayan «Xəzər Adaları» adlı bir utopik layihəyə reklamlaşdır, özünü təriflətdir, ardınca isə həmin pullara Dubayda, Türkiyədə, Avropada”¦ aldığın mülklərini tumarlamağa get, səhər-səhər 100 qram konyak içməmiş yerindən qalxma, aldatdığın minlərlə işçilər, payçılar isə sonradan düşsün məhkəmə qapılarına?
xa0Bəlkə Prezident «AMAY Abdulla»ya tapşırmışdı ki, Beynəlxalq Bankdan filan qədər pul götür, sonra isə bacarmadığın işi görüb gir türməyə???xa0
xa0
Bəlkə bu ilin iyun ayında həbs edilənlər-“PNN Group”x9dun təsisçisi, Azərbaycanda “KFC”x9d restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”x9dnın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport”x9d şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və digərlərini”¦ bu yola Prezident sövq etmişdi? Milyardlarla pulu havaya, əksər hallarda şəxsi kef-damaqlarına xərcləmişlər nədən məsuliyyət hissini itirmişlər?
Hansını deyəsən?! MTK-ların işi isə Allaha qalıb. Az qala hər gün, elə «Təzadlar»a da, daha bir şikayət daxil olur”¦ Təsəvvür edirsinizmi, məsələn, vətəndaşlar 8 ildir hərəyə 150-200 min manat pulu «İdeal-İ-İnşaat» MMC-yə ödəyiblər, hələ də mənzillərindən xəbər yoxdur. Əgər həmin vətəndaşlar pullarını ayı 1 faizdən istənilən bir banka qoysaydılar, ötən 8 ildə 80-130 min manat təkcə divident əldə etmiş olardılar. MMC-nin isə İsa Məmmədov adında bir sahibi var, işi-gücü vəd verməkdən ibarətdir.
xa0
Hara əl atırsan, dələduz MTK və ya MMC çıxır”¦ Hətta bu yaxınlarda Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərtac”x9da yazdığı məqaləsində mənzil bazarındakı dələduz şirkətlərin adını rəsmən açıqlamışdı. Onların sırasında “İnşaatçı-GM”x9d, “Qolden”x9d, “Azərtikinti ATF”x9d, “İdeal-İnşaat”x9d, “Şahbulaq”x9d, “Abşeron-1”x9d, “A.E.K”x9d, “Xəmsə Inşaat”x9d, “Qaraçay”x9d, “Bios”x9d, “Bəyaz”x9d, “Dərəçiçək”x9d, “Meqa-siti Holdinq”x9d, “Elita-R”x9d, “Gənc”x9d, “R+R”x9d, “Ulduz”x9d, xa0«FOLKLOR”x9d, “Ələsgəroğlu”x9d, “ABC”x9d, “Fuad LTD”x9d, “Kamran”x9d, “Safari-N”x9d, “Yeni Yasamal”x9d, “Effekt İnşaat”x9d, “AENT-E”x9d, “HAYAN-E”x9d, “Klass Azko”x9d, “Badu Kubə”x9d, “Olimpus-AZ”x9d, “Cənnət”x9d, “Xəmsə”x9d və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq var”¦ İndi bilmək olmur, PA rəsmisi kimdən kimə şikayət edir? Və niyə bu şirkətlərə qarşı daha sərt və təsirli, nəticəli tədbirlər görülmür? Onlarındamı işi ilə Prezident məşğul olmalıdır?xa0
***xa0
xa0Sonda: mən bütün bu tikinti şirkətlərinin vətəndaşların milyardlarla manat pulunu mənimsəməsini, bir mənzili 2-3 şəxsə satmasını”¦ danışanda əməkdaşımız həmin o, Saray qəsəbəsindən olan iş adamına-şikayətçi vətəndaşa (yuxarıda bəhs olunub) zəng edib təsəlli verdi: «”¦Allaha şükür ki, sən hələ salamatsan, həyatdasan, intihar etməmisən, üstünə benzin töküb özünü yandırmamısan”¦ Bir az da səbrli ol!».xa0
P.S.İndi müasir bir zərb-məsəl yaranıb: «Allah heç kimi həkimə, hakimə və dələduza ürcah eləməsin! Amin!!!».





























































































