İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “Twitter” hesabında erməni jurnalistlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, erməni əsilli Türkiyə jurnalisti Hrant Dinkin xatirəsini anıb.
MÖVZU İLƏ BAĞLI:
Əkrəm İmamoğlu koronavirusa yoluxub
Xatırladaq ki, Hrant Dink 2007-ci ildə yanvar ayının 19-da İstanbulda sui-qəsd nəticəsində öldürülüb. Valideynlərini itirən Hrant “Gedikpaşa Erməni Uşaq Evin”də böyüyüb. O, erməni olsa da, Qarabağın Ermənistan tərəfindən işğal edildiyini deyib və Azərbaycan torpaqlarının boşaldılmasının vacibliyini vurğulayıb.
Əslində bu mövqeyinə görə, onun elə erməni daşnakları tərəfindən öldürüldüyü də istisna edilmir.
Əkrəm İmamoğlu paylaşımında qeyd edib ki, “Tuzla erməni yetimxana”sının ərazisi ilə bağlı plan İstanbul Böyükşəhər Bələdiyyəsinin iclasında səs çoxluğu ilə qəbul olunub. Bununla da, qurulacaq “Armen Gənclik Mərkəzi”nin önündə heç bir maneə qalmadığını yazan İmamoğlu paylaşımının sonunda erməni əsilli jurnalistə bir daha rəhmət oxuyub.
Onu da deyək ki, erməni Hrant Dinkin əsas mövzusu və tələblərindən biri də Türkiyədə ermənilərə daha çox imtiyazların verilməsi idi.
Ekspertlər hesab edir ki, bu, siyasi xətt Əkrəm İmamoğlunun da fəaliyyətində hiss edilir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçiləndə dəstəyə görə onun ermənilərə təşəkkür etdiyini yada salsaq, kifayətdir. Tərəfdarları arasında azərbaycanlılar olsa da, dəstək aksiyalarında Azərbaycan bayraqları dalğalansa da, Əkrəm İmamoğlu azərbaycanlılara təşəkkür səsləndirməyib.
Əlbəttə ki, İstanbul merinin Azərbaycana dəstək yönümlü bəyanat və paylaşımlarını da qeyd etməliyik. Amma vaxtaşırı balans yaratmaq məqsədi güdən postlar, onun fürsət düşən kimi erməni məzarına gül qoymasını, TV proqramlarda tez-tez ermənilərdən söhbət salmasını unutdurmur.
“YouTube” və digər videokontentlərdə buna Trabzonu gəzdirən erməni memardan ağızdolusu ilə danışan İmamoğlu haqqındakı şayiələr daha tükürpədicidir. Çünki onun özünün də erməni olması barədə qeyri-rəsmi məlumatlar dolaşmaqdadır. Yoxsa Əkrəm Pasxa münasibəti ilə erməniləri elə ermənicə təbrik etməzdi.
Sonda vurğulayaq ki, Əkrəm İmamoğlu yunan, yaxud erməni əsilli olması ilə bağlı “The Times” jurnalına müsahibə verib: “Yunan və yaxud erməni olsaydım, heç vaxt bunu gizlətməzdim”.
Anar Rəhimov, Bizim.Media