"MehNur" reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı növbəti görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, sözügedən görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz "facebook" hesabında paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzdə uşaqların işgəncəyə məruz qalması ilə bağlı KOMİTƏDƏN AÇIQLAMA
Paylaşımda deyilir:
“Bu hadisə mütəmadi və kütləvi baş verib!!! Bütün işçilər məsuliyyətə cəlb edilməlidir!!!”
Qeyd edək ki, baş verən hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən hazırda araşdırmalar aparılır. Uşaqlara zorakılıq tətbiq edən şəxslərin kimliyi artıq məlum olub.
Səkinə Yusibli, Bizim.Media