"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən bu məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb".
Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Uşaqlara işgəncə verilməsi ilə bağlı Ombudsmandan müvafiq qurumlara MÜRACİƏT
Məlumatda qeyd olunur ki, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video yayılıb. Hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
Səkinə Yusibli, Bizim.Media