Oğuzda 4 gün öncə qəzada xəsarət alan şəxs xəstəxanada ÖLÜB

Hazırda oxunan: Oğuzda 4 gün öncə qəzada xəsarət alan şəxs xəstəxanada ÖLÜB

91833

Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb.

Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, Oğuz rayon Mollalı kənd sakini Böyükağa Məhəmməd oğlu Hacıyev bu gün müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında həyatını dəyişib.

Qeyd edək ki, avqustun 30-u axşam saatlarında rayonun Mollalı kənd sakini 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Yusif Abışov və sərnişini Böyükağa Hacıyev Şəki RMX-a yerləşdiriliblər.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin